sections

Şöhrət Məmmədov – O Sensen Şarkı Sözleri


Şöhrət Məmmədov – O Sensen Şarkı Sözleri

Məni kimsə tamamlamadı sənin qədər.
Kimsə üçün qorxmadım ki, bir gün gedər.
Niyə səni itirməkdən qorxuram?
Nəfəsim kəsilir, olmasan darıxıram.

Hərdən ürəydə sevinc, hərdən qəmsən.
Hərdən gözdə gülüş, hərdən nəmsən.
Hər dərdimə dərd ortağım,
Mənim illərdir ki, gözlədiyim o sənsən.

Sənsiz günlərlə bütün bağları kəsirəm.
Sənlə bir ömür yaşamaq üçün tələsirəm.
Mənim hansı əməllərimin savabısan?
Ağlımdakı hər sualın cavabısan.

Söz: Dildara Eyubova ve Şöhret Memmedov